07.06.2023
06 iyun 2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mir Cəlal Paşayev ev-muzeyinə Mingəçevir Turizm Kolleci ekskursiya edib.Mingəçevir Turizm Kolleci Mir Cəlal Paşayev ev-muzeyi ilə qarşılıqlı əməkdaşlıq məqsədi ilə sıx əlaqə saxlayır. Bu əməkdaşlıq gələcəkdə təhsil alan tələbələrin turizmin inkişafına öz layiqli töhfəsini verəcək. Azərbaycanın Dünya arenasında taninması üçün turizmin inkişafı vacib şərtdir. Bu məqsədlə kollecin tələbələri Gəncə şəhərində bir sıra idarə və təşkilatlarda, eyni zamanda Mir Cəlal Paşayev Ev Muzeyində təcrübə keçdi. Muzey kollektivi tərəfindən tələbələrə Gəncə şəhərində yerləşən tarixi abidələr haqqında geniş məlumatlar verildi.Eyni zamanda ekskursiya mətnlərinin hazırlanmasında köməklik göstərildi . Kollec rəhbərliyi tələbələrə göstərilən diqqət və qayğıya görə muzeyin direktoru İradə İbayevanı və muzey kollektivini "Təşəkkürnamə" ilə təltif etdi.